Ucnoqta.az
www.ucnoqta.az

Bu marketdə saxta içkilər satılırmış - FOTO

10:57 - 9 Aprel 2026 tarixində dərc olunub.

Astarada “Olimp” marketdə normativ tələblər pozulub

Ucnoqta.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Astara şəhəri, İ.Kaverin küçəsində fəaliyyət göstərən, Həsənov Nurid Həsən oğluna məxsus “Olimp” marketdə yoxlama keçirib.
Baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Marketdə məhsulların saxlama şəraitinə və temperatur rejiminə riayət olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, yararlılıq müddəti ötmüş məhsulların satıldığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin qida obyektində “Organic Brand”, “Naturel”, “Bakineç”, ”Wheat Water” əmtəə nişanlı alkoqollu içkilərin etiket məlumatlarının saxtalaşdırıldığı və qeydiyyatdan keçməmiş qida obyektində istehsal olunduğu aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası