Ucnoqta.az
www.ucnoqta.az

İran nümayəndə heyəti danışıqlar üçün Pakistana gedir

09:36 - 9 Aprel 2026 tarixində dərc olunub.

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün aprelin 9-u axşam İslamabada gələcək.

Ucnoqta.az bildirir ki, bu barədə İranın Pakistandakı səfiri Rza Əmiri Moqadam X-də yazıb.

Moqadami bildirib ki, İsrail rejiminin diplomatik təşəbbüsləri pozmaq məqsədi daşıyan atəşkəsi dəfələrlə pozması səbəbindən İran cəmiyyətində şübhələrə baxmayaraq, Baş nazir Şahbaz Şərifin dəvəti ilə İran nümayəndə heyəti bu axşam İranın təklif etdiyi 10 bənd əsasında ciddi danışıqlar aparmaq üçün İslamabada gələcək.

Müəllif: Ucnoqta.az redaksiyası