Ucnoqta.az
www.ucnoqta.az

Sabiq nazirin malikanəsinin satışından əldə edilən gəlir geri qaytarılacaq

15:41 - 8 Aprel 2026 tarixində dərc olunub.

Ermənistan Respublikasına keçmiş maliyyə naziri Qaqik Xaçatryanın ailəsinə məxsus Los-Anceles malikanəsinin satışından əldə edilən gəlirin böyük hissəsi geri qaytarılacaq.

Ucnoqta.az bildirir ki, ER Baş Prokurorluğunun mətbuat xidməti məlumat verib.

Mətbuat açıqlamasına görə, bu məsələ çərşənbə günü Ermənistan Baş prokuroru Anna Vardapetyanla ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen arasında keçirilən görüşdə müzakirə olunub.

Səlahiyyətli ABŞ məhkəməsinin qərarına əsasən, Xaçatryanlar ailəsinə məxsus Los-Anceles malikanəsi cinayət mənşəli əmlak kimi tanınıb. Vardapetyan və Allen onun satışından əldə edilən gəlirin böyük hissəsinin Ermənistana qaytarılması prosesini və müddətini müzakirə ediblər.

Bəyanatda qeyd edildiyi kimi, proses Ermənistan Baş Prokurorluğu ilə ABŞ-ın səlahiyyətli orqanları arasında səmərəli əməkdaşlıq sayəsində Ermənistanda açılan cinayət işi çərçivəsində həyata keçirilir.

Müəllif: Ucnoqta.az redaksiyası