Ucnoqta.az
www.ucnoqta.az

Makron müdafiə şurasının iclasını keçirəcək

00:01 - 8 Aprel 2026 tarixində dərc olunub.

Fransa prezidenti Emmanuel Makron ABŞ-ın İrana qarşı təhdidləri səbəbindən 8 apreldə Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV Yelisey Sarayına istinadən məlumat yayıb.

Şura iclasının ABŞ prezidenti Donald Trampın İrana ultimatumunun müddəti bitdikdən bir neçə saat sonra, yerli vaxtla səhər saat 8:30-da keçirilməsi gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası