Ucnoqta.az
www.ucnoqta.az

İran ABŞ-ın "Abraham Linkoln" gəmi qrupunu qanadlı raketlərlə vurub

15:18 - 7 Aprel 2026 tarixində dərc olunub.

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) Hind okeanında ABŞ-nin "Abraham Linkoln" gəmi qrupuna qarşı qanadlı raket zərbələri endirdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Bildirilir ki, ABŞ-nin CVN-72 təyyarə gəmisinin Hind okeanındakı mövqelərinə də dənizdən atılan uzun mənzilli qanadlı raketlərlə hücum edilib.

Müəllif: Ucnoqta.az redaksiyası