Ucnoqta.az
www.ucnoqta.az

OpenAI Maskla bağlı araşdırma aparmağa çağırdı

13:37 - 7 Aprel 2026 tarixində dərc olunub.

Məşhur ChatGPT çatbotunun yaradıcısı OpenAI Kaliforniya və Delaver ştatlarının baş prokurorlarını milyarder Elon Maskla bağlı araşdırma aparmağa çağırıb.

Ucnoqta.az bildirir ki, bu barədə CNBC məlumat verib.

Hər iki baş prokurora ünvanladığı məktublarda OpenAI-ın baş strategiya direktoru Ceyson Kvon Maskı şirkətə mövqeyini sarsıtmaq məqsədilə hücum etməkdə günahlandırıb. O, Maskın hərəkətlərini Meta-nın baş direktoru Mark Zuckerberg ilə əlaqələndirdiyinə inanır. Menecer onları uyğunsuz və rəqabətə zidd davranışda ittiham edir.

OpenAI hesab edir ki, Maskın şirkətə qarşı hərəkətləri onun superintellekti (AGI, insanlardan üstün süni intellekt) inkişaf etdirmək səylərinə mane ola bilər.
Maskın nümayəndələri CNBC-nin şərh istəyinə cavab verməyiblər.

Müəllif: Ucnoqta.az redaksiyası