Ucnoqta.az
www.ucnoqta.az

İran üçün canımı verməyə hazıram - Pezeşkian

12:31 - 7 Aprel 2026 tarixində dərc olunub.

Pezeşkian lazım gələrsə, İran üçün canını verməyə hazır olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian bununla bağlı X-də paylaşım edib.

O, İslam Respublikasını müdafiə etmək üçün özlərini qurban verməyə hazır olduqlarını bildirən 14 milyon iranlı kimi, ölkəsi üçün canını verməyə hazır olduğunu bildirib.

"14 milyondan çox cəsur iranlı artıq İranı müdafiə etmək üçün canlarını verməyə hazır olduqlarını bəyan edib. Mən də İran üçün canımı verməyə hazır olanlardan olmuşam, edirəm və olacağam", - deyə o, paylaşımında yazıb.

Müəllif: Ucnoqta.az redaksiyası