Ötən gün ABŞ prezidenti Donald Trampın verdiyi açıqlama gündəm oldu. “İran bir gecədə məhv edilə bilər”. İran isə bu təhdidlərə ram olmaq istəmir. ABŞ isə müharibəni davam etdirməkdə maraqlı görünmür. Bu hadisələr fonunda ABŞ-İsrail cütlüyü lokal ərazidə nüvə silahı istifadə edə bilərlərmi? Qeyd edək ki, Ağ Ev rəhbərinin İrana verdiyi müddət bu gün bitir.
ABŞ-İsrail cütlüyünün İrana qarşı nüvə silahı istifadə edəcəyi ilə bağlı fikirlərə münasibət bildirən Real partiyasının sədri Natiq Cəfərli Ucnoqta.az-a bildirdi ki, nüvə silahı ən axırıncı və ən ağır seçənəkdir:
"Düşünmürəm ki, həmən buna əl atmaq məsələsi ola bilər. Belə bir təhdid ola bilər. Çox güman ki, indi intensiv şəkildə danışıqlar gedir. O təhdidlərdən biri İrana nüvə silahı ilə bağlı ola bilər. Çox güman ki, də olacaq. Amma bunun istifadəsi çox ağır nəticələr doğura bilər".
Natiq Cəfərli qeyd edir ki, ilkin mərhələdə yəqin ki, elektrik stansiyalarının və ya körpülərin, boru kəmərlərinin vurulması mümkündür:
"Amma nüvə silahı ən axırıncı seçənək və tətbiq vasitəsi kimi masada ola bilər".
Emin