Ucnoqta.az
www.ucnoqta.az

Avropa nəhəngləri üz-üzə: 1/4 final mərhələsi start götürür

09:24 - 7 Aprel 2026 tarixində dərc olunub.

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək və futbol azarkeşlərini gərgin qarşılaşmalar gözləyir.

Ucnoqta.az xəbər verir ki, ilk oyun günündə iki maraqlı qarşılaşma baş tutacaq.

Günün mərkəzi matçında "Real Madrid" doğma azarkeşləri önündə "Bayern Münhen"lə münasibətlərə aydınlıq gətirəcək. Digər oyunda isə "Sporting CP" öz meydanında "Arsenal FC"ı sınağa çəkəcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Turun digər iki qarşılaşması isə sabah keçiriləcək.

7 aprel
UEFA Çempionlar Liqası, 1/4 final (ilk oyunlar)

23:00 — "Real Madrid" (İspaniya) – "Bayern Münhen" (Almaniya)
23:00 — "Sporting CP" (Portuqaliya) – "Arsenal" (İngiltərə)

8 aprel

23:00 — "Barselona" (İspaniya) – "Atlético Madrid" (İspaniya)
23:00 — PSJ (Fransa) – "Liverpul" (İngiltərə)

Müəllif: Ucnoqta.az redaksiyası