Ucnoqta.az
www.ucnoqta.az

Malayziya gəmisi Hörmüz boğazından keçdi

16:56 - 6 Aprel 2026 tarixində dərc olunub.

ABŞ-İsrail hərbi əməliyyatının başlanğıcından bəri ilk Malayziya gəmisi Hörmüz boğazından keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kuala Lumpurdakı İran səfirliyinin X-də dərc olunmuş açıqlamada bildirilir.

"Biz demişik ki, İran İslam Respublikası dostlarını unutmur. İlk Malayziya gəmisi Hörmüz boğazından keçib", - qeyd olunub.

Müəllif: Ucnoqta.az redaksiyası