Ucnoqta.az
www.ucnoqta.az

İsrail son 24 saat ərzində İranda 120-dən çox hədəfə zərbə endirib

11:52 - 5 Aprel 2026 tarixində dərc olunub.

İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində ölkənin mərkəzi və qərb hissələrində 120-dən çox hədəfə hücum edərək İrana zərbələr endirməyə davam edir.

Ucnoqta.az bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.

Hücuma məruz qalan hədəflər arasında hava hücumundan müdafiə sisteminin komponentləri, PUA istehsal müəssisələri və buraxılış meydançaları, eləcə də raket qüvvələri olub.

Müəllif: Ucnoqta.az redaksiyası