ABŞ-nin "Kolambus Kryu" klubuna transfer olunan Nəriman Axundzadə MLS-də ikinci oyununa çıxıb.
Ucnoqta.az xəbər verir ki, "Qarabağ"ın keçmiş hücumçusu 90-cı dəqiqədə meydana daxil olaraq Andres Erreranı əvəzləyib. Qarşılaşma "Kolambus Kryu"nun “Atlanta Yunayted” üzərində 1:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbədən sonra “Kolambus Kryu” 6 oyundan 5 xalla Şərq konfransında 11-ci yeri tutur.