Ucnoqta.az
www.ucnoqta.az

İran Küveytin neft emalı zavoduna zərbə endirib

09:17 - 3 Aprel 2026 tarixində dərc olunub.

İranın pilotsuz təyyarəsinin hücumundan sonra Küveytin Əl-Əhmədi limanı yaxınlığındakı neft emalı zavodunda bir neçə yanğın baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə KUNA xəbər agentliyi əmirliyin dövlətə məxsus Küveyt Neft Korporasiyasına (KPC) istinadən məlumat verib.

Bildirilir ki, korporasiyanın "Əl-Əhmədi limanının yaxınlığında yerləşən neft emalı zavoduna bu səhər birbaşa pilotsuz təyyarə zərbəsi endirilib. Nəticədə bir neçə yanğın baş verib və hazırda yanğınsöndürənlər yanğının qarşısını almaq üçün çalışırlar.

KPC əlavə edib ki, mövcud məlumata görə, yanğında heç kim itki verməyib.

Müəllif: Ucnoqta.az redaksiyası