Ucnoqta.az
www.ucnoqta.az

Vitse-spikerin köməkçisindən 45 min manatlıq DƏLƏDUZLUQ

11:48 - 2 Aprel 2026 tarixində dərc olunub.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun köməkçisi Qalib Abbasov dələduzluqda ittiham olunur.

Ucnoqta.az Demokrat.az-a istinadən xəbər verir ki, o, 2023-cü ildə öz yaxın dostu Əkrəm Hüseynovdan iş görmək adı ilə aldığı 45 min manat pulu mənimsəyib.

Zərərçəkmiş Ə.Hüseynov vitse-spikerin köməkçisindən 45 min manat pulunu hələ də ala bilmir.

Ə.Hüseynov Q.Abbasovun dələduzluq əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.

Sayt Z.Əsgərovun köməkçisinin məsələyə münasibətini öyrənmək istəyib, lakin o, zənglərə cavab verməyib.

Müəllif: Ucnoqta.az redaksiyası