ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Ağ Evdə Fransa prezidenti Emmanuel Makronla həyat yoldaşı Brigitte arasındakı münasibətləri şərh edərkən zarafat edib.
Ucnoqta.az xəbər verir ki, Ağ Ev rəhbəri Makrona zəng etdiyini bildirib.
"Sonra həyat yoldaşı tərəfindən çox pis rəftar edilən Makrona zəng etdim. O, hələ də çənəsinə vurulan yumruqdan sonra özünə gəlir", - deyə Amerika lideri bildirib.
Xatırladaq ki, 2025-ci ilin may ayında Associated Press agentliyi Fransa prezidentinin Vyetnama gəlişinin videosunu yayımlayıb. Bu zaman Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun təyyarədən enərkən onu sillələdiyi görüntülənib.