Şəmkir rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Şəmkir RQİİ-nin Şəmkir XS-dən verilən məlumata görə, rayonun Alabaşlı QPS-nin “Könüllü Əhali” çıxış xəttindən qidalanan Qaracəmilli orta təzyiqli PE160 mm-lik qaz xəttində və həmin xətdən ayrılan qollarda aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə 2 aprel 2026-cı il saat 10:00-dan etibarən işlərə başlanılacaq.
Təmir işləri başa çatanadək Qaracəmilli, Qılıncbəyli, Qaralar və Ağlavaşlı kəndlərində qaz təchizatı dayandırılacaq.
Qaz verilişində yaranacaq fasilə ümumilikdə 2358 abonenti əhatə edəcək.