Ucnoqta.az
www.ucnoqta.az

Telefon mağazasından 12 min manatlıq oğurluq edilib-  VİDEO

15:47 - 1 Aprel 2026 tarixində dərc olunub.

Martın 29-da paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarının birində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o mağazanın şüşəsini sındıraraq içəri daxil olub və oradan ümumi dəyəri 12000 manat olan mobil telefonları talayaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Xətai RPİ-də araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası