Ucnoqta.az
www.ucnoqta.az

Ağstafaya əlavə qatar reysləri təyin edildi

15:14 - 1 Aprel 2026 tarixində dərc olunub.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 4 və 5 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, bu tarixlərdə hər iki istiqamətə səfərlər təşkil ediləcək.

Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Müəllif: Ucnoqta.az redaksiyası