Ucnoqta.az
www.ucnoqta.az

54 aptekdə yoxlama aparılıb - 12 aptekdə nöqsanlar aşkarlanıb

12:26 - 1 Aprel 2026 tarixində dərc olunub.

2026-cı ilin mart ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 54 aptekdə yoxlama aparılıb.

Bu barədə AEM-dən məlumat verilib.

Bildirilib ki, yoxlamalardan 19-u Bakı şəhərində, 35-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 53-ü planlı, biri isə plandankənar olub.

Nəticələrə əsasən, 12 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

Müəllif: Ucnoqta.az redaksiyası