Ucnoqta.az
www.ucnoqta.az

Livanda İsrail PUA-sı vurulub

08:42 - 1 Aprel 2026 tarixində dərc olunub.

İsrail PUA-sı Livanın cənubunda zenit raketi ilə vurulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisi məlumat verib.

Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubunda keçirdiyi əməliyyatlar zamanı İMQ-nin pilotsuz uçuş aparatına zenit raketi atılıb.
PUA qəzaya uğrayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası