Ucnoqta.az
www.ucnoqta.az

Tramp İrana qarşı əməliyyatlara son qoymağa hazırdır

06:43 - 31 Mart 2026 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp müşavirlərini Hörmüz boğazı əhəmiyyətli dərəcədə bağlı qalsa belə, İrana qarşı hərbi əməliyyata son qoymağa hazır olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Wall Street Journal qəzeti məlumat verib.

Qəzet administrasiya rəsmilərinə istinadən yazır ki, Tramp köməkçilərinə Hörmüz boğazı əhəmiyyətli dərəcədə bağlı qalsa belə, ABŞ-ın İrana qarşı hərbi kampaniyasına son qoymağa hazır olduğunu bildirib.

Nəşrin məlumatına görə, Tramp və komandası boğazın açılması cəhdlərinin münaqişəni əvvəlcə planlaşdırılan müddətdən kənara çıxaracağı qənaətinə gəliblər. Prezident əsas məqsədlərə diqqət yetirmək qərarına gəlib: İranın dəniz imkanlarını və raket arsenalını məhdudlaşdırmaq. Plan hərbi əməliyyatların miqyasını azaltmaqla yanaşı, azad ticarəti bərpa etmək üçün Tehrana təzyiqi artırmaqdır.

Bu səylər uğursuz olarsa, ABŞ Avropa və Fars körfəzindəki müttəfiqlərini boğazın açılmasını təmin etməkdə liderlik etməyə təşviq etmək niyyətindədir. Qəzetin mənbələri qeyd edir ki, Tramp əlavə hərbi variantları istisna etmir, lakin onlar onun üçün prioritet deyil.

Müəllif: Ucnoqta.az redaksiyası