Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qardaş qardaşı güllələdi

22:23 - 30 Mart 2026 tarixində dərc olunub.

Paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində qətl hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, bu gün axşam saatlarında 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı, 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası