Ucnoqta.az
www.ucnoqta.az

Sabunçuda evdən 6300 dollar oğurlanıb

14:11 - 27 Mart 2026 tarixində dərc olunub.

Sabunçu rayonunda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb.

Bu barədə Ucnoqta.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını deyib.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası