Ucnoqta.az
www.ucnoqta.az

İsrail ordusu gecə İrana yeni zərbələr endirib

10:55 - 27 Mart 2026 tarixində dərc olunub.

İsrail ordusu İrana yeni bir sıra zərbələr endirdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, ordunun mətbuat xidməti bildirib ki, İsrail Hərbi Hava Qüvvələri gecə ərzində Tehranda silah və ballistik raket istehsalı sahələri də daxil olmaqla müxtəlif hədəflərə hücum edib.

Zərbələr həmçinin raket buraxılış məntəqələri və anbarları da daxil olmaqla, İranın qərbinə də endirilib.

Müəllif: Ucnoqta.az redaksiyası