Ucnoqta.az
www.ucnoqta.az

Fransa Cənubi Afrikanın G7 sammitində iştirak üçün dəvətini geri götürüb

18:04 - 26 Mart 2026 tarixində dərc olunub.

Cənubi Afrika Prezidenti Siril Ramafosaya qarşıdan gələn Yeddilik Qrupunun (G7) sammitində iştirak etmək üçün göndərilən dəvət, hazırda G7-yə sədrlik edən Fransa tərəfindən ABŞ-ın təzyiqi səbəbindən geri götürülüb.

Ucnoqta.az xəbər verir ki, Agence France-Presse bu barədə Cənubi Afrika Prezident Administrasiyasına istinadən məlumat yayıb.

Cənubi Afrika Prezidentinin sözçüsü Vinsent Maqvenya agentliyə bildirib ki, davam edən təzyiqlər səbəbindən Fransa G7-də iştirak etmək üçün Cənubi Afrikaya dəvətini geri götürməyə məcbur olub

"Bizə məlumat verilib ki, amerikalılar Cənubi Afrika dəvət olunarsa, G7 sammitini boykot etməklə hədələyiblər."

Fransanın sədrliyi altında keçiriləcək G7 sammiti iyun ayında Evian şəhərində keçirilməsi planlaşdırılır. Keniya sammitdə Afrikanı təmsil etmək üçün dəvət olunub.

Müəllif: Ucnoqta.az redaksiyası