Ucnoqta.az
www.ucnoqta.az

Polis 54 kiloqrama yaxın narkotik aşkarladı

11:49 - 26 Mart 2026 tarixində dərc olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 25-də ümumi çəkisi 53,8 kiloqrama yaxın narkotik vasitə və 500 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası