Ucnoqta.az
www.ucnoqta.az

İran ABŞ-nin təyyarədaşıyan gəmisinə zərbə endirib

14:13 - 25 Mart 2026 tarixində dərc olunub.

İran Silahlı Qüvvələri İslam Respublikası sahillərindən USS Abraham Linkoln təyyarədaşıyan gəmisinə bir neçə qanadlı raket buraxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran hərbi mətbuat xidməti məlumat yayıb.

İranın dövlət televiziyasının verdiyi açıqlamada bəzi raketlərin hərbi gəmiyə dəydiyi iddia edilib.

Müəllif: Ucnoqta.az redaksiyası