Ucnoqta.az
www.ucnoqta.az

Tehran səmasında "Hermes" pilotsuz uçuş aparatı vurulub

13:50 - 24 Mart 2026 tarixində dərc olunub.

İranın hava hücumundan müdafiə qüvvələri Tehran səmasında İsrailə məxsus pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.

Ucnoqta.az bildirir ki, bu barədə SNN İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Tehran səmasında müasir hava hücumundan müdafiə sistemindən istifadə edərək bir "Hermes" döyüş pilotsuz təyyarəsi ələ keçirilib və məhv edilib. Bildirilir ki, münaqişənin başlanğıcından bəri İslam Respublikası təxminən 130 düşmən PUA-sını vurub.

Müəllif: Ucnoqta.az redaksiyası