ABŞ-nin Omandakı səfirliyi təhlükəsizlik vəziyyətinin yaxşılaşması fonunda ölkədəki amerikalılar üçün sığınacaq yerində qalmaq barədə xəbərdarlıqlarını ləğv edib.
Ucnoqta.az xəbər verir ki, müvafiq elan səfirliyin veb saytında yerləşdirilib.
Səfirlik bildirib ki, Maskatdakı ABŞ səfirliyi sığınacaq yerində qalmaq barədə xəbərdarlıqlarını ləğv edib. Səfirlik işçilərinin sərbəst hərəkəti Maskatdakı səfirlik binasının 50 kilometr radiusu ilə məhdudlaşıb.
Səfirlik qeyd edib ki, Omanın digər yerlərində ABŞ vətəndaşları hazırda ehtiyat tədbirlərinə riayət etməli və yerli hakimiyyət orqanlarının tövsiyələrinə əməl etməlidirlər.