Ucnoqta.az
www.ucnoqta.az

Tanınmış prodüser 16-cı mərtəbədən yıxılaraq öldü

17:35 - 23 Mart 2026 tarixində dərc olunub.

Türkiyədə tanınmış prodüser Erol Köse ölüb.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı prodüserin Sarıyer rayonunda yerləşən çoxmərtəbəli binadakı evində 16-cı mərtəbədən yıxılaraq öldüyü bildirilir.

Hadisə araşdırılır. 

Müəllif: Ucnoqta.az redaksiyası