Ucnoqta.az
www.ucnoqta.az

Qurban Qurbanovun narazı qaldığı epizodla bağlı səs yazısı yayıldı

12:59 - 23 Mart 2026 tarixində dərc olunub.

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodlar barədə fikirlərini bölüşüb.

Ucnoqta.az xəbər verir ki, Rəhim Həsənov ümumilikdə 6 qarşılaşmada qeydə alınan epizodlarla bağlı fikirləri təqdim edib.
Həmçinin, “Kəpəz”-“Qarabağ” oyununda mübahisəli penalti epizodu ilə bağlı  matçda “Qarabağ”ın futbolçusu Kamilo Durana qarşı qayda pozuntusu olduğu ilə bağlı narazılıqlar var idi.

Belə ki, həmin oyundan sonra Qurban Qurbanov da hakimlərin VAR-a baxdığı və penalti təyin etmədiyi epizodla bağlı danışmışdı. O, bu epizodun 11 metrlik cərimə zərbəsi olduğunu bildirmişdi.

AFFA Hakimlər Komitəsi isə həmin epizodda hakimlərin niyə penalti təyin etmədikləri ilə bağlı danışıqlarını yayıb.

Müəllif: Ucnoqta.az redaksiyası