Ucnoqta.az
www.ucnoqta.az

İrandan Azərbaycana 2921 nəfər təxliyə olunub

11:44 - 22 Mart 2026 tarixində dərc olunub.

Fevralın 28-i saat 08:00-dan martın 22-si saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2921 nəfər təxliyə edilib.

Ucnoqta.az xəbər verir ki, təxliyə olunanların 486-sı Azərbaycan vətəndaşıdır.

Bundan başqa, 722 Çin, 323 Rusiya, 198 Banqladeş, 187 Tacikistan, 148 Pakistan, 142 Hindistan, 80 Oman, 68 İndoneziya, 53 İran, 44 İtaliya, 30 Əlcazair, 26 İspaniya, 23 Almaniya, 22 Kanada, 19 Fransa, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 17 Gürcüstan, 15 Özbəkistan, 13 Polşa, 13 İsveç, 13 Nigeriya, 12 Macarıstan, 12 Bəhreyn, 11 Qazaxıstan, 11 Meksika, 11 ABŞ, 10 Böyük Britaniya, 10 Belarus, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 8 Braziliya, 8 Sudan, 6 BƏƏ, 6 Slovakiya, 6 Belçika, 6 Rumıniya.

Bundan başqa təxliyə edilənlər arasında Serbiya, Çexiya, İsveç, Əfqanistan, Avstraliya, Avstriya, Yunanıstanın hərəsinin 5, İordaniya, Filippin, Türkiyə, Ukrayna, Şri-lanka, Küveyt, Finlandiya, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka, Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, Kipr, Sloveniyanın hərəsinin 2 vətəndaşı var.

İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.

Müəllif: Ucnoqta.az redaksiyası