Ucnoqta.az
www.ucnoqta.az

Qanunsuz saxlanılan 7 tüfəng aşkarlanıb

11:23 - 22 Mart 2026 tarixində dərc olunub.

Ötən gün qanunsuz saxlanılan 7 tüfəng aşkarlanıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 tüfəng edərək götürüblər.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası