Ucnoqta.az
www.ucnoqta.az

Qətər "Ras Laffan"a edilən hücumun İrandan olduğunu təsdiqlədi

05:28 - 19 Mart 2026 tarixində dərc olunub.

Qətər Müdafiə Nazirliyi Ras Laffan sənaye zonasına edilən hücumun İrandan qaynaqlandığını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, müvafiq açıqlama Müdafiə Nazirliyinin saytında dərc edilib.

"Qətər dövləti İrandan ballistik raketlərlə hücuma məruz qalıb və nəticədə "Ras Laffan" sənaye şəhərinə ziyan dəyib", - deyə mətbuat açıqlamasında bildirilib.

İran Qətərin Ras Laffan şəhərində yerləşən dünyanın ən böyük LNG kompleksinə zərbə endirib.

Raket hücumu yanğınlara və ciddi ziyana səbəb olub. Personal təxliyə edilib və xəsarət alan olmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası