Ucnoqta.az
www.ucnoqta.az

Qubada ər arvadını qətlə yetirib özünü öldürdü

22:02 - 18 Mart 2026 tarixində dərc olunub.

Martın 18-də Quba rayonunun Zizik kəndində ağır cinayət hadisəsi qeydə alınıb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Ağasiyev Ceyhun İsmayıl oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1970-ci il təvəllüdlü Ağasiyeva Gülgəz Rahib qızını qətlə yetirib.

Hadisədən qısa müddət sonra Ceyhun Ağasiyevin özünün də cansız bədəni aşkar edilib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır, hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası