İsrail Müdafiə Qüvvələri (İMQ) HƏMAS-ın təchizat və logistika şöbəsinin komandiri Yəhya Əbu Labdanın öldürüldüyünü açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, açıqlamada bildirilir ki, İMQ HƏMAS-ın hərbi qanadı üçün hərbi texnika və silahların tədarükü və daşınmasından məsul olan HƏMAS-ın təchizat və logistika şöbəsinin komandiri Yəhya Əbu Labdanı öldürüb.
İsrail ordusunun məlumatına görə, Əbu Labda raket istehsalı üçün onlarla ton xammal çatdırıb və həmçinin HƏMAS-ın istehsal imkanlarını inkişaf etdirmək üçün qabaqcıl elektron komponentlər almasını təmin edib.