Ucnoqta.az
www.ucnoqta.az

Laricaninin ölümü İranın siyasi sisteminin sabitliyinə təsir etməyəcək - Əraqçi

09:49 - 18 Mart 2026 tarixində dərc olunub.

İranın siyasi sistemi sabitdir və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümü onun sabitliyinə təsir etməyəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Əl-Cəzirəyə verdiyi müsahibədə deyib.

"İran İslam Respublikasının güclü və sabit siyasi sistemi, siyasi, iqtisadi və sosial institutları var. Tək bir şəxsin varlığı və ya yoxluğu bu strukturu sarsıda bilməz", - deyə o, bildirib.

Əraqçi qeyd edib ki, sistemdə Ali Rəhbərdən daha vacib bir fiqur yoxdur, lakin onun ölümündən sonra belə hər şey fəaliyyətini davam etdirib.

Müəllif: Ucnoqta.az redaksiyası