Ucnoqta.az
www.ucnoqta.az

Ərəb və İslam ölkələrinin xarici işlər nazirləri Ər-Riyadda görüşəcəklər

05:48 - 18 Mart 2026 tarixində dərc olunub.

Ərəb və İslam ölkələrinin xarici işlər nazirləri bölgədəki vəziyyəti müzakirə etmək üçün martın 18-də Ər-Riyadda görüşəcəklər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat verib.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin mətbuat açıqlamasında bildirilib ki, Ərəb və İslam ölkələrinin xarici işlər nazirləri arasında danışıqlar martın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək. Tərəflər Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsi üçün hərəkətlərinin əlaqələndirilməsini müzakirə etməyi planlaşdırırlar.

Məsləhətləşmələrdə hansı ölkələrin iştirak edəcəyi ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası