Ucnoqta.az
www.ucnoqta.az

Ağdərə, Xocavənd və Cəbrayılın kəndlərinə növbəti köç çatıb

16:01 - 17 Mart 2026 tarixində dərc olunub.

Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar, Həsənriz kəndlərinə, Xocavənd rayonunun Xocavənd kəndinə, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç porsesi olub.

Ucnoqta.az xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə - 13 nəfər, Aşağı Oratağ kəndinə 21 ailə - 108 nəfər, Heyvalı kəndinə 7 ailə - 34 nəfər, Çapar kəndinə 4 ailə - 17 nəfər, Həsənriz kəndinə 6 ailə - 29 nəfər, Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə - 36 nəfər, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə - 131 nəfər köçürülüb.

Doğma yurda çatan ailələrə evlərinin açarları təqdim olunub.

Yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Müəllif: Ucnoqta.az redaksiyası