İran hakimiyyəti hesab edir ki, İslam Respublikasının zənginləşdirilmiş uran ehtiyatları hazırda ABŞ tərəfindən vurulan nüvə obyektinin dağıntıları altındadır və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında çıxarıla bilər.
Ucnoqta.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bunu CBS televiziyasına verdiyi müsahibədə bildirib.
"Bildiyiniz kimi, nüvə obyektlərimizə hücum edilib. Və hamısı dağıntılar altındadır. Əlbəttə ki, onları çıxarmaq mümkündür, amma yalnız agentliyin nəzarəti altında. Əgər biz bunu etmək qərarına gəlsək, bu, agentliyin nəzarəti altında olacaq. Amma hələlik bizim proqramımız yoxdur. Onları dağıntılar altından çıxarmaq planımız yoxdur" - o, zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı suala cavab olaraq deyib.