Ucnoqta.az
www.ucnoqta.az

"Neftçi" - "Qarabağ" oyununun tarixi açıqlandı

22:55 - 13 Mart 2026 tarixində dərc olunub.

Misli Premyer Liqasının XXI turundan təxirə salınan "Neftçi" – "Qarabağ" matçının keçiriləcəyi tarix və saat bəlli olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Qarşılaşma aprelin 30-da, saat 20:00-da "Palms Sports Arena"da baş tutacaq.

Müəllif: Ucnoqta.az redaksiyası