Pakistanın Kabilə hava hücumları nəticəsində dörd nəfər ölüb, 15 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, “The Times of India” qəzeti bu barədə Əfqanıstan polisinə istinadən məlumat yayıb.
Məlumata görə, yaşayış binalarına ziyan dəyib.
TOLO News-un məlumatına görə, Qəndəhar, Paktiya və Paktika əyalətlərindəki hədəflərə də hücum edilib. Qəndəhar hava limanı yaxınlığındakı Kam Air yanacaq anbarına da zərbə endirilib.