Çin iki Şiyan-30 eksperimental peykini orbitə buraxıb.
Ucnoqta.az xəbər verir ki, Sinxua xəbər agentliyinin məlumatına görə, buraxılış yerli vaxtla səhər saat 6:33-də Siçuan əyalətinin cənub-qərbindəki Siçanq Peyk Buraxılış Mərkəzindən baş tutub. Peyklər "Long March-2D" buraxılış vasitəsi ilə kosmosa buraxılıb.
Bu seriyadakı peyklər elmi təcrübələr, ətraf mühitin monitorinqi və yeni texnologiyaların sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.
Bu buraxılış "Long March" seriyalı buraxılış vasitələrinin 632-ci buraxılışıdır.