İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) İsrailin Aralıq dənizindəki Leviathan və Kariş qaz yataqlarına zərbə endirməklə hədələyib.
Ucnoqta.az bildirir ki, bu barədə Aerokosmik Qüvvələrin komandanı Məcid Musəvi açıqlama verib.
"Hədəf siyahımıza Leviathan və Kariş yataqları, eləcə də onlarla digər obyekt daxildir. Düşmənin hər yeni səhvi onlara başqa bir cəbhənin açılmasına başa gələcək", - Musəvi X-də yazıb.