Ucnoqta.az
www.ucnoqta.az

Sosial müavinətlər və yardımlar bu tarixdə ödəniləcək

11:37 - 12 Mart 2026 tarixində dərc olunub.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub.

Bu barədə Ucnoqta.az-a ƏƏSMN-dən məlumat verilib.

Qeyd olunur ki, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası