İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb, amma özünü yaxşı hiss edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baqayi bildirib.
"O, yaralanıb, amma özünü yaxşı hiss edir. İlk çıxışını nə vaxt edəcəyini bilmirəm. Ali Lider vəzifəsi uğrunda üç-dörd nəfər mübarizə aparırdı, amma Ekspertlər Şurasındakı əksəriyyət onu seçdi", - deyə o, İtaliyanın "Corriere della Sera" qəzetinə verdiyi müsahibədə bildirib.