Ucnoqta.az
www.ucnoqta.az

Avropa İttifaqı bir nömrəli ticarət tərəfdaşımızdır - İlham Əliyev

17:32 - 11 Mart 2026 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə birgə mətbuat konfransı keçirib.

Ucnoqta.az xəbər verir ki, Prezident çıxışı zamanı Koştanın səfərinin ikitərəfli əlaqələrin gələcək inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.

“Keçən il bir neçə dəfə iqtisadi göstəricilərə baxdım və bu ilin yanvarında ticarətimizin 50 faizi Avropa İttifaqı ilə həyata keçirilib. Bu isə göstərir ki, bizim üçün Avropa İttifaqı bir nömrəli ticarət tərəfdaşıdır.

Əminəm ki, yeni layihələr, investisiya imkanları və hər iki istiqamətdə investisiyaların artması ilə biz bu sahədə daha fəal fəaliyyət göstərəcəyik”, - dövlət başçısı vurğulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası