Ucnoqta.az
www.ucnoqta.az

Masallıda 800 abonentin qazı kəsiləcək

17:44 - 11 Mart 2026 tarixində dərc olunub.

Martın 12-də saat 10:00-dan etibarən Masallı rayonunun Banbaşı və Yeyənkənd kəndləri daxil olmaqla ümumilikdə 800-ə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Banbaşı-Yeyənkənd kəndlərini təbii qazla təchiz edən ortatəzyiqli kəmərdə aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə təmir-bərpa işlərinin aparılmasıdır.

Müəllif: Ucnoqta.az redaksiyası