Martın 11-də doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Xanabad kəndinə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu mərhələdə Xanabad kəndinə köçürülən 103 nəfərdən ibarət 21 ailəyə mənzillərin açarları təqdim edilib
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.