Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Tayvana 28 "Abrams" tankı göndərib

10:25 - 11 Mart 2026 tarixində dərc olunub.

Taipei tərəfindən sifariş edilən 108 ədəddən 28 ədəd Amerika istehsalı M1A2T Abrams tankının son partiyası artıq ABŞ-dan dəniz yolu ilə göndərilib.

Ucnoqta.az xəbər verir ki, Taipei Times qəzetinin adanın müdafiə nazirliyindəki mənbəyə istinadən verdiyi məlumata görə, tankların mart ayının sonuna qədər çatdırılması gözlənilir.

Mənbənin sözlərinə görə, bu çatdırılma tank heyətlərinin təlimində davamlılığı təmin edəcək. Əvvəlki 42 tank 2025-ci ildə çatdırılıb və 2026-cı ilin ikinci rübündə qapalı mərasimdə rəsmi olaraq istifadəyə veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası